RUSİYA

DÇ-2018: Fransa Dünya Çempionu oldu! - FOTOLAR

Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar
Sputnik

BAKI, 15 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI Dünya Çempionatı başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, finalda Xorvatiya millisinə 4:2 hesabı ilə qalib gələn Fransa yığması dünya çempionu adını qazanıb.

Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar. Buna qədər Fransa millisi 1998-ci ildə keçirilən dünya çempionatının qızıl medalını qazanmışdı. Fransızların baş məşqçisi Didye Deşam isə həm futbolçu (1998-ci cildə qalib gələn komandanın aparıcı oyunçularından iri və kapitanı olub — red.), həm də məşqçi kimi dünya kubokunu başı üzərinə qaldıran üçüncü şəxs olub. Buna qədər anca braziliyalı Mario Zaqallo və əfsanəvi Frans Bekkenbauer buna nail olublar.

1 / 10
Dünya Çempionatının final oyunu
2 / 10
Dünya Çempionatının final oyunu
3 / 10
Dünya Çempionatının final oyunu
4 / 10
Dünya Çempionatının final oyunu
5 / 10
Dünya Çempionatının final oyunu
6 / 10
Dünya Çempionatının final oyunu
7 / 10
Dünya Çempionatının final oyunu
8 / 10
Dünya Çempionatının final oyunu
9 / 10
Dünya Çempionatının final oyunu
10 / 10
Dünya Çempionatının final oyunu

Xorvatiya yığası isə finalda uduzsa da, tarixində bir ilk imza atıb. Xorvatlar ilk dəfə finala çıxıblar və ilk dəfə gümüş medal qazanıblar.