İDMAN

DÇ-2018: Belçika dünya çempionatının üçüncüsü oldu

Bu qələbə Belçika yığmasının dünya çempionatları tarixində ən yaxşı nəticəsi olub
Sputnik

BAKI, 14 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzr dünya çempionatında üçüncü yer uğrunda görüş baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Belçika yığması İngiltərə millisinə 2:0 hesabı ilə qalib gələrək, üçüncü yerin sahibi olub.

Belçikanın heyətində qolları Tomas Meunier və Eden Hzard vurublar. Bu qələbə Belçika yığmasının dünya çempionatları tarixində ən yaxşı nəticəsi olub. Buna qədər Belçika yığması 1986-cı ildə 4-cü yeri tutmuşdu.