RUSİYA

DÇ-2018: Final argentinalıya tapşırıldı

Nestor Pitanya Rusiyanın Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə yendiyi açılış oyununun da baş hakimi olub.
Sputnik

BAKI, 13 iyul — Sputnik. Dünya çempionatında Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək final matçına hakim təyinatları açıqlanıb.

Sputnik Azərbaycan-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş argentinalı Nestor Pitanyaya həvalə olunub. Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində kömək edəcək. İyulun 15-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bundan bir gün əvvəl isə Sankt-Peterburqdakı eyniadlı stadionda Belçika və İngiltərə yığmaları arasında keçiriləcək görüş isə iranlı Alireza Faqaniyə tapşırılıb. Görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, Nestor Pitanya Rusiyanın Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə yendiyi açılış oyununun da baş hakimi olub.