Qalmaqallı şəxs vəzifədən uzaqlaşdırıldı

Onun adı bəzi qalmaqallarda hallanır
Sputnik

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlyumjinovu vəzifəsindən kənarlaşdırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyasının bütün üzvlərinin birgə qərarı qəbul edilib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov

Buna səbəb İlyumjinovun Etika Kodeksini pozmasıdır. Onun adı bəzi qalmaqallarda hallanır. FIDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qeyd edək ki, Kalmıkiyanın ilk prezidenti olmuş İlyumjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı. Hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir.