ABŞ Suriyaya zərbələr endirdi: 30-dan çox ölü, onlarla yaralı

Məlumata əsasən İraqla sərhəddə yerləşən Əl-Bukemal şəhərinin Baquz əl-Faukani və əs Susua kəndləri aviazərbələrə məruz qalıb
Sputnik

BAKI, 13 iyul — Sputnik. ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor vilayətində iki kəndə aviazərbələr endirib. Bu barədə Sputnik Azərbaycan Suriyanın SANA agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə aviazərbələr nəticəsində 30-dan çox mülki şəxs ölüb, onlarla insan yaralanıb.

Məlumata əsasən, İraqla sərhəddə yerləşən Əl-Bukemal şəhərinin Baquz əl-Faukani və əs Susua kəndləri aviazərbələrə məruz qalıb.

Hələlik koalisiya qüvvələri məlumatı şərh etmir.