İlham Əliyev önəmli görüş keçirib

Azərbaycan prezidenti Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə bir araya gəlib
Sputnik

BAKI, 11 iyul — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, dünən prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gedib.