BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni sistemdəki Nazirlər Kabinetini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə Nazirlər Kabinetində millət vəkili olmayan şəxslər yer alıb.
Yeni Nazirlər Kabinetinin tərkibi:
Prezident: — Rəcəb Tayyib Ərdoğan
Prezidentin müavini: Fuad Oqtay
Ədliyyə naziri: Əbdülhəmid Gül
Daxili işlər naziri: Süleyman Soylu
Milli müdafiə naziri: Hulusi Akar
Milli təhsil naziri: Ziya Səlcuq
Səhiyyə naziri: Fəxrəddin Koca
Enerji və təbii sərvətlər naziri: Fatih Dönməz
Ətraf mühit və şəhərsalma naziri: Murad Kurum
Mədəniyyət və turizm naziri: Mehmet Ersoy
Gənclər və idman naziri: Mehmet Kasapoğlu
Xəzinə və maliyyə naziri: Berat Albayrak
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
Nəqliyyat və infrastruktur naziri: Mehmet Cahit Turan
İş, sosial xidmətlər və ailə naziri: Zəhra Zümrüd Səlcuq
Kənd təsərrüfatı və meşə naziri: Bəkir Pakdemirli
Sənaye və texnologiya naziri: Mustafa Varank
Ticarət naziri: Ruhsar Pekcan
Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.
Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.