CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəşfiyyat xidmətlərinin sistemi çökdürüldü, sirləri ortaya çıxdı - Dünya şokda

Xüsusi xidmət orqanları və hərbi obyektlərdə işləyən minlərlə şəxsin adı, ünvanı və aktivliyi açıqlanıb
Sputnik

BAKI, 10 iyul — Sputnik. Finlandiyanın "Polar" şirkətinin "Polar Flow" fitnes əlavəsinin gizlilik tənzimləmələrində yaranan boşluqla əlaqədar, xüsusi xidmət orqanları və hərbi obyektlərdə işləyən və həmin proqramdan istifadə edən minlərlə şəxsin adı, ünvanı və aktivliyi ictimaiyyətə açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bellingcat" və Hollandiyanın "De Correspondent" nəşrinin apardığı araşdırmanın nəticəsində bildirilir.

Azərbaycanda xarici kəşfiyyata işləyən şəxs ifşa olunub

"Polar Flow" servisinə GPS vasitəsilə fin şirkətinin bir sıra "ağıllı" məhsulları, smartfonlar, saatlar, tərəzi və fitnes-qolbaqlar qoşulur. Qurğuların aktivliyini və digər məlumatları bir hesabda saxlamaq üçün sinxronlaşdırmaq olar. Nəticələri sosial platforma rolunu oynayan qlobal "Explore" xəritəsinə yükləmək mümkündür.

"Polar" bildirir ki, istənilən istifadəçi öz profilini gizli etmək ixtiyarına malikdir ki, bununla da onlar məlumatlarının "Facebook" kimi kənar proqramlara ötürülməsinin qarşısını alırlar. Lakin jurnalistlər vurğulayırlar ki, onların sahibləri "Polar"ı "Facebook"la bağlamasalar da, sosial şəbəkədə tez-tez onların şəkilləri paylaşılır.

Proqramdakı boşluq müxtəlif ölkələrdə hərbçilərin və kəşfiyyatçıların adlarını, ünvanlarını, tibbi məlumatlarını, məşqlərinin marşrutunu və digər detallarını öyrənməyə imkan verir. "Polar Explore" xəritəsinin köməkliyi ilə jurnalistlər "xüsusilə önəmli yerlərdə" — gizli obyektlər, hərbi bazalar, xüsusi xidmət orqanlarının ofislərinin və potensial olaraq təhlükəli yerlərdə işləyən 69 ölkədən 6460 istifadəçinin siyahısını hazırlayıb.

ABŞ kəşfiyyatından gündəmi dəyişəcək maraqlı iddia

"Bellingcat" və "De Correspondent" hər hansı bir hərbçinin konkret məlumatlarını yayımlamayıb, lakin fitnes-proqram vasitəsilə izləmək mümkün olan qurumların siyahısını açıqlayıb:

Krımda olan Rusiya hərbçiləri;

Nüvə silahının saxlandığı obyektlərdəki hərbçilər;

Kəşfiyyat xidmətlərinin və səfirliklərin əməkdaşları;

Federal Təhqiqat Bürosu (FTB), Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), NASA;

Kibertəhlükəsizlik və raket əleyhinə müdafiə sistemlərində ixtisaslaşan hərbçilər;

Sualtı gəmilər və sualtı bazalarda xidmət aparanlar;

Atom elektrik stansiyalarının əməkdaşları;

Bağdadda hökumət obyektlərinin "yaşıl zona"larında xidmət aparan amerikalılar;

Quantanamo həbsxanasının işçi heyəti;

Şimali Koreya ilə sərhəddəki qoşunlar;

İŞİD-in obyektlərinə aviazərbələrdə iştirak edən pilotlar;

Qeyd edək ki, jurnalistlər araşdırmalarının nəticələri haqqında "Polar" nümayəndələrinə bildiriblər. Bundan sonra şirkət öz rəsmi saytı vasitəsilə üzr istəyib və "Explore API"-nin işini dayandırdığını bildirib.