RUSİYA

DÇ-2018: Bu gün ilk finalçı müəyyənləşəcək

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Sankt-Peterburqun eyniadlı stadionunda baş tutacaq
Sputnik

BAKI, 10 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk yarımfinal oyunu keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, ilk yarımfinalda Fransa və Belçika yığmaları qarşılaşacaq.

Mübarizəyə C qrupunda başlayan Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Qrup mərhələsində G qrupunda lider olan Belçika isə 1/8 və 1/4 finalda müvafiq olaraq Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Sankt-Peterburqun eyniadlı stadionunda baş tutacaq.