Əhməd Davudoğlu ilə bağlı qalmaqallı xəbər və fotolar yayıldı

Keçmiş baş nazirin portreti Türkiyə Böyük Millət Məclisinin zibilliyinə atılıb?
Sputnik

BAKI, 10 iyul — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimi zamanı keçmiş baş nazir Əhməd Davudoğlunun portretinin parlamentin zibilxanasına atıldığı iddia edilir.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, TBMM-də 27-ci dönəm millət vəkillərinin andiçmə mərasimi davam edərkən, parlamentin zibilxanasına aid olduğu iddia edilən bəzi fotolar sosial şəbəkədə paylaşılıb.

Vəkil və yazıçı Fidel Okan "Twitter" hesabından bu fotoları paylaşıb və yazıb: "TBMM-də andiçmə həyəcanı yaşananda Məclisin zibilliyi dolmağa başladı. Vəfadan və hörmətdən danışmaq istərdim, amma ehtiyac yoxdur. Kim nə edir, etsin".