RUSİYA

DÇ-2018: Rusiya Xorvatiya səddini keçə bilmədi

On bir metrlik penalti zərbələrində xorvatlar dəqiq olublar - 4:3
Sputnik

BAKI, 8 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha sonuncu oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya və Xorvatiya milliləri arasındakı oyunu çempionatın ən dramatik oyunu hesab etmək olar.

Hesabı 31-ci dəqiqədə Rusiya yığmasının oyunçusu Denıs Çerışev açıb. Cəmi 8 dəqiqə sonra Andrey Kramariç hesabı bərabərləşdirib. Oyunun əsas vaxtı bu hesabla başa çatıb.

Əlavə olunan vaxtın 11-ci dəqiqəsində Domaqoy Vida xorvatları hesabda irəli çıxarıb. Amma məğlubiyyətlə barışmayan ruslar 115-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Qolu Mario Fernandes vurub.

On bir metrlik penalti zərbələrində xorvatlar dəqiq olublar — 4:3.  Yarımfinalda Xorvatiya millisini İngiltərə yığması gözləyir.