RUSİYA

DÇ-2018: Üçüncü yarımfinalçı da məlum oldu

Yarımfinalda İngiltərənin rəqibi Rusiya - Xorvatiya oyunun qalibi olacaq
Sputnik

BAKI, 7 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha 1 oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, İsveç millisi İngiltərə yığması ilə qarşılaşıb.

Oyunun əvvəlindən ingilislər üstünlüyü ələ keçirərək, nəzarəti əldə saxlayıblar. Oyunda ilk qol 30-cu dəqiqədə vurulub və Harri Maquayr fərqlənib. Bu qolla kifayətlənməyən İngiltərə millisi yenidən hücuma atılıb və 59-cu dəqiqədə istəyinə nail olub. Bu dəfə Dele Alli fərqlənib.

Oyun bu hesabla da başa çatıb və İngiltərə yığması uzun illərdən sonra yarımfinala yüksəlib.

Yarımfinalda İngiltərənin rəqibi Rusiya — Xorvatiya oyunun qalibi olacaq. Bu oyun Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.