İQTİSADİYYAT

Neftin qiyməti 150 dollardan baha olacaq

Hazırda neftə ən çox tələbat Asiya ölkələrində müşahidə olunur
Sputnik

BAKI, 7 iyul — Sputnik. Neftin qiymətləri yaxın müddətli perspektivdə bir barel üçün 150 dolları ötə bilər. Sputnik Azərbaycan "Energyvoice" istinadən xəbər verir ki, bu barədə "Sanford C. Bernstein & Co" analitika şirkətinin hesabatında qeyd olunan proqnozda göstərilir.

"Şirkət rəhbərlərini investisiya yatırımı məhdudlaşdırmağa və pulları geri qaytarmağa çağıran investorlar bu sahədə sərmayə çatışmazlığına görə peşman olacaqlar. Təkliflərə dair istənilən defisit qiymətlərin super artımına səbəb olacaq. Söhbət potensial olaraq 2008-ci ildə qeydə alınan bir barel üçün 150 dollar qiymətdən də yüksək məbləğdən gedir" — deyə sənədə qeyd olunur.

Trampdan OPEC üzvlərinə neft tələbi: "Dərhal əməl edin"

Qeyd olunur ki, bütün dünyada neft şirkətlərinin azlıq təşkil edən səhmdarları ümumi yığıncaqlarda investisiya proqramlarının azaldılmasını və dividentlərin artırılmasında israr edirlər. Həmçinin, şirkətlər də kağızların qiymətini artırmaq üçün səhmdarlardan səhmlərin geri alınması prosesini həyata keçirmək niyyətindədir.

Nəticədə hasilatın səviyyəsi aşağı düşür, geoloji kəşfiyyat işləri azalır ki, bu da bazarda defisitin yaranmasına nəticədə isə neftin qiymətinin yüksəlməsinə səbəb olur. Hazırda neftə ən çox tələbat Asiya ölkələrində müşahidə olunur.

Qeyd edək ki, dünya birjalarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,06 dollar və ya 0,08% artaraq 73,00 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,11 dollar və ya 0,14% azalaraq 77,28 dollar təşkil edib.