İDMAN

Cüneyt Çakıra 5 milyonu kim və niyə təklif edib?

Hazırda Çakır dünyanın ən yaxşı üç hakimi arasında göstərilir
Sputnik

BAKI, 7 iyul — Sputnik. 2018-ci il futbol üzrə dünya çempionatının ən yaxşı hakimlərindən biri olan türkiyəli Cüneyt Çakıra sürpriz təklif gəlib. Sputnik AzərbaycanSon Dakika-ya istinadən xəbər verir ki, Çakıra Çindən illik 5 milyon dollarlıq təklif gəlib.

Çindən gələn bu transfer təklifini Türkiyə Mərkəzi Hakimlər Qurumunun rəhbəri Yusuf Namoğlu da dəstəkləyib.

"Cüneyt Çakır Türkiyə hakimliyinin göz bəbəyidir. Rusiyada davam edən dünya çempionatında 1/4 oyunlarına təyin edilməməsi onu final oyunun idarə edə biləcək ən güclü namizədlərdən biri edir. Cüneyt Çakırın final gözləntisi ilə yanaşı fərqli bir həyəcan da yaşadığını bilirəm" — deyə Namooğlu bildirib.

Qeyd edək ki, hazırda Çakır dünyanın ən yaxşı üç hakimi arasında göstərilir.