BAKI, 5 iyul — Sputnik. Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin və Ermənistanda fəaliyyət göstərən rusiyalı digər diplomatlar Gümrüdəki 102 saylı hərbi bazada olublar. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
Diplomatlar Rusiyanın Gümrüdəki hərbi bazasının komandir heyəti, Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin nümayəndələri, Ermənistanın Gümrüdəki Baş Konsulluğu, Şirak vilayətinin rəhbərliyi ilə görüşüb.
Rusiya hərbi bazasının komandiri polkovnik Vladimir Elkanov diplomatik korpusun nümayəndələrini hərbi baza və bazada olan ən müasir silahlarla tanış edib.