MDB məkanının daha bir ölkəsində etirazlar başladı

Etirazçılar "Bizə ədələt lazımdır, korrupsiya yox!", "Səslərimizi tanıyın!" və sair kimi şüarlar səsləndirirlər
Sputnik

BAKI, 5 iyul — Sputnik. Moldovanın paytaxtı Kişinyovda müxalifət tərəfdarları mer seçkilərinin nəticələrinin tanınması tələbi ilə parlamentin qarşında etiraz aksiyası keçirirlər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Politoloq: “İrandakı etirazlar hökumətin istefası ilə nəticələnə bilər”

"Biz deputatlardan 1 iyul mitinqində qəbul olunan qətnamənin üç tələbəni yerinə yetirməyi tələb edirik. Bunlar seçkilərin nəticələrinin tanınması, qarışıq sistemin ləğvi, seçkiləri qanunsuz hesab edən və bununla da Moldova Respublikasında diktaturanın qurulmasına şərait yaradan hakimlərin istefaya getməsidir" — deyə nümayişin təşkilatçıları bildirib.

Etirazçılar "Bizə ədələt lazımdır, korrupsiya yox!", "Səslərimizi tanıyın!" və s. kimi şüarlar səsləndirirlər. Onlar, eyni zamanda Moldova parlamentinin spikeri Andriana Kandunun etirazçılarla görüşünü tələb edirlər.

Qeyd edək ki, Moldova paytaxtının meri üzrə növbədənkənar seçkilər iki mərhələdə keçirilib. İkinci mərhələ iyulun 3-də baş tutub. Moldova Mərkəzi Seçki komissiyasının qərarına əsasən, seçkidə "Şərəf və Həqiqət Platforması" partiyasının namizədi Andrey Nestase qalib gəlib. O, seçicilərin 52,57%-nin səsini toplayıb.

Lakin Moldova Ali Hakim Palatası seçki günü təşviqat kampaniyası aparıldığı üçün seçkiləri etibarsız sayıb, MSK isə iyunun 29-da seçkilərin nəticələrini ləğv edib.