RUSİYA

DÇ-2018: Sonuncu cütlük də müəyyən olundu

DÇ-2018-in 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
Sputnik

BAKI, 4 iyul — Sputnik. İngiltərə-Kolumbiya matçından sonra futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada keçirilən 1/8 final görüşünün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb.

Hesabı 57-ci dəqiqədə ingiltərəli Harri Keyn penaltidən vurduğu qolla açıb. Oyunun artırılmış üçüncü dəqiqəsində Erri Mina hesabı bərabərləşdirib — 1:1.

Oyuna əlavə 30 dəqiqədə qapılara qol vurulmadığından, qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilər seriyasında isə ingilislər 4:3 hesabı ilə qalib gələrək 1/4 finala çıxıblar. Bu mərhələdə onların rəqibi İsveç yığması olacaq.