BAKI, 4 iyul — Sputnik. Ermənistanda ölən hərbçilərin qardaşları və uşaqları orduda xidmətdən azad olunacaq. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna planlaşdırılan dəyişikliklər iyulun 4-də hökumətin iclasında qəbul olunub.
Onlar ailədə tək oğul qaldıqları halda hərbi xidmətdən azad olunacaqlar.
Qeyd edək ki, bu qanun 1991-ci ilin dekabrına qədər qüvvədə olub, lakin sonradan ləğv olunub.