CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda icra başçısına silahlı hücum oldu

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub
Sputnik

BAKI, 3 iyul — Sputnik. Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb. İcra başçısına Yunus adlı şəxsin atəş açdığı məlum olub. Həmin şəxs artıq həbs edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.