BAKI, 3 iyul — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq.
Sputnik Azərbaycan xəbər verir ki, son oyun günündə öncə İsveç millisi İsveçrə ilə qarşılaşacaq. Sankt-Peterburqda baş tutacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu sloveniyalı hakim Damir Skomina idarə edəcək.
Ardınca isə Kolumbiya İngiltərə ilə qarşılaşacaq. Moskvada baş tutacaq oyuna maraq olduqca böyükdür. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu amerikalı hakim Mark Qeyqer idarə edəcək.