Energetika Nazirliyi və "Azərenerji" birgə məlumat yaydı

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub
Sputnik

BAKI, 3 iyul — Sputnik. Energetika Nazirliyi və "Azərenerji" ASC ötən gün baş vermiş enerji böhranı ilə bağlı birgə operativ məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb (təqaribən 40 faizdən yuxarı) və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib. İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

Dövlət başçısı ölkədə baş vermiş elektrik böhranı ilə bağlı operativ qərar verdi

Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə, artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək.

Əlaqədar dövlət struktarlarından yaradılmış operativ əməliyyat qurupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir".

Xatırladaq ki, ötən gecə 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Rəsmi məlumata görə, bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib.