RUSİYA

DÇ-2018: Belçikadan möhtəşəm geri dönüş

Qeyd edək ki, Belçika yığması 1/4 finalda çempionatın favoritlərindən sayılan Braziliya millisi ilə qarşılaşacaq
Sputnik

BAKI, 3 iyul — Sputnik. Rusiyada davam edən futbol üzrə dünya çempionatında daha bir 1/4 final iştirakçısı müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Belçika yığması əzmkar qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Belçikanın qarşılaşdığı Yaponiya millisi oyuna yaxşı başlayaraq, 2:0 hesabı ilə irəli çıxıb. Lakin belçikalılar yüksək səviyyəli komanda və çempion tituluna namizədlərdən biri olduqlarını sübuta yetiriblər. 20 dəqiqə ərzində vurulan 3 qol avropalılara 3:2 hesablı qələbə gətirib.

Qeyd edək ki, Belçika yığması 1/4 finalda çempionatın favoritlərindən sayılan Braziliya millisi ilə qarşılaşacaqlar.