RUSİYA

DÇ-2018: Rusiya millisinin rəqibi məlum oldu

1/8 finalın daha bir oyununda qalib penaltilərlə müəyyən edilib
Sputnik

BAKI, 2 iyul — Sputnik. Futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu baş tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nijni Novqorod şəhərində Xorvatiya və Danimarka milliləri qarşılaşıblar.

Oyunda hesab elə birinci dəqiqədə açılıb. Matias Yorgensen vurduğu qolla Danimarkanı irəli çıxarıb — 1:0. Xorvatların cavabı özünü çox gözlətməyib. 4-cü dəqiqədə Mario Mancukiç cavab topunu vurub — 1:1. İlk yarı bu hesabla birib. 

DÇ-2018: İspaniya Rusiya səddini aşa bilmədi

İkinci yarıda komandalar çox hücum etsələr də, qapılara top vurulmayıb və qalibi müəyyən etmək üçün 30 dəqiqə əlavə vaxt verilib.

Artırılmış vaxtın ilk 15 dəqiqəsində qapılara top vurulmayıb.

116-cı dəqiqədə xorvat Luka Modriçin penaltidən vurduğu topu qapıçı Kasper Şmeyxel qaytarıb. Beləliklə, əlavə vaxt da qalibi müəyyən etməyib.

Penalti zərbələrini daha dəqiq vuran (3:2) Xorvatiya  yığması 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda onların rəqibi Rusiya millisi olacaq.