RUSİYA

DÇ-2018: Neymar möcüzəsi davam edir

Samboçuların rəqibi Belçika – Yaponiya qarşılaşmasının qalibi olacaq
Sputnik

BAKI, 2 iyul — Sputnik. DÇ-2018: Neymar möcüzəsi davam edir

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir 1/8 final oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Braziliya yığması Meksika millisini sınağa çəkib.

Qarşılıqlı hücum şəraitində davam edən qarşılaşmada braziliyalılar güclü olublar. Braziliyalılar 51-ci dəqiqədə komandanın lideri Neymarın zərbəsi ilə önə keçiblər. 88-ci dəqiqədə isə Roberto Firmino braziliyalıların daha bir qoluna imza atıb. Qeyd edək ki, Neymar bu qolun da vurulmasında bilavasitə iştirak edərək, məhsuldar ötürmə edib.

Beləliklə, Braziliya yığması 1/4 finalda oynamaq hüququ qazanıb. Samboçuların rəqibi Belçika – Yaponiya qarşılaşmasının qalibi olacaq.