FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Küçələrinizi göstərin": Ən yaxşı fotolar

Sputnik

Nüfuzlu LensCulture nəşri özünün illik Street Photography Awards küçə fotoqrafiyası müsabiqəsinin qalibləri və finalçılarının adlarını açıqlayıb.

Finalçıların möhtəşəm işlərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Müasir fotoqrafiyaya həsr olunmuş LensCulture on-line jurnalı özünün "Küçələrinizi göstərin" şüarı altında keçirilən illik Street Photography Awards küçə fotoqrafiyası müsabiqəsinin finalçılarını müəyyənləşdirib.

Münsiflər 170-dən çox ölkə iştirakçısının işləri arasından ən yaxşılarını seçməli olublar. Müsabiqəyə göndərilən fotolar Tokionun futuristik şəhər mənzərələrindən tutmuş Hindistanda gündəlik həyatı göstərən işlərə qədər dəyişib.

Müsabiqənin mükafat fondu 22 min ABŞ dollardır. Həmçinin fotoqrafların ən yaxşı əsərləri Fransanın Arl şəhərindəki sərgidə nümayiş etdiriləcək.

1 / 14
"Seriya" kateqoriyasının qalibi. Sovrav Das, Banqladeş.
2 / 14
"Seriya" kateqoriyası. Üçüncü yer. Kokoa Leyni, İtaliya. "Boşluqlar" (Gaps).
3 / 14
"Tək foto" kateqoriyası. İkinci yer. Barri Talis, İsrail. The Flow of Spirit silsiləsi.
4 / 14
"Tək foto" kateqoriyasının qalibi. Maçey Dakoviç, Polça. "Çimərlikdə səhnə", Çaunqta, Myanma (Beach Scene, Chaung Tha, Myanmar).
5 / 14
"Seriya" kateqoriyası. İkinci yer. İlker Karaman, Türkiyə. "Özünütəqib" (In Pursuit of Myself).
6 / 14
"Tək foto" kateqoriyası. Üçüncü yer. Zişen İn, Çin. "Asılı vəziyyətdə qalmış donuz" (Hanging Pig).
7 / 14
Münsiflər heyətinin seçimi. Anays Perri, Almaniya. "Adsız", "Çoxmənalı anlar" silsiləsi (Ambiguous Moments).
8 / 14
Münsiflər heyətinin seçimi. Gilyerme Pupo, Braziliya. "Taxta səki, Kuritiba, Braziliya" (Calçadão, Curitiba, Brazil).
9 / 14
Münsiflər heyətinin seçimi. Niki Gleoudi, Yunanıstan. "Təkbuynuzlular dünyası (In A World of Unicorns).
10 / 14
"Tək foto" kateqoriyasının finalçıları. Əli Kiyan Yam, İranş "Onu gözləri" (His Eyes).
11 / 14
"Seriya" kateqoriyasının finalçıları. Oleq Tolstoy, Böyük Britaniya. "Tokionun sükanı arxasındakı kimdir" (Who’s Driving Tokyo?).
12 / 14
"Tək foto" kateqoriyasının finalçıları. Set Edrian, Meksika. "Madam" (Madame).
13 / 14
"Seriya" kateqoriyasının finalçıları. Aleksander Bronfer, İsrail. "Sodom layihəsi" (Sodom Project).
14 / 14
"Tək foto" kateqoriyasının finalçıları. Harald Mundt. "Miqrasiya" (Migration).