RUSİYA

Tramp Rusiyada çempionatın final oyununa qatılacaq?

Rəsmi Moskva final oyununda xarici ölkə liderlərini görməkdən məmnun olar
Sputnik

BAKI, 30 iyun — Sputnik. Rusiya hökuməti ABŞ Prezidenti Donald Trampı xüsusi olaraq futbol üzrə dünya çempionatının final matçına dəvət etmək niyyətində deyil.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov vurğulayıb ki, rəsmi Moskva final oyununda xarici ölkə liderlərini görməkdən məmnun olar və bunun üçün xüsusi dəvətə ehtiyac yoxdur.

Xatırladaq ki, dünya çempionatında final oyunu iyulun 15-də keçiriləcək. İyulun 16-da isə Vladimir Putinlə Donald Trampın Helsinkidə görüşü planlaşdırılır.