CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda uşaq milçək dərmanı içərək öldü

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 oyun — Sputnik. Cəlilabadın 2 yaşı uşaq dərmandan zəhərlənərək ölüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Hasıllı kəndində baş verib. Nəzarətsiz qalan 2016-cı il təvəllüdlü Mirkamil Bağırov milçək dərmanı içib.

Valideynləri dərhal onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Amma ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2 yaşlı Mirkamil həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.