Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 oyun — Sputnik. Cəlilabadın 2 yaşı uşaq dərmandan zəhərlənərək ölüb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Hasıllı kəndində baş verib. Nəzarətsiz qalan 2016-cı il təvəllüdlü Mirkamil Bağırov milçək dərmanı içib.
Valideynləri dərhal onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Amma ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2 yaşlı Mirkamil həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.