Milli Məclis sonuncu iclasını keçirir

Parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb
Sputnik

BAKI, 29 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Məşğulluq haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.

Orta və ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsinə baxılacaq.

"Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsinə baxılacaq.

"Dövlət rüsumu haqqında", "Notariat haqqında", "Yol hərəkəti haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda, Vergi, Miqrasiya, Mülki Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrində dəyişikliklər müzakirə ediləcək.

"İnformasiya əldə etmək haqqında", "İcarə haqqında", "Büdcə sistemi haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Polis haqqında", "Dövlət qulluğu haqqında", "Siyasi partiyalar haqqında", "Feldyeger rabitəsi haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında", "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.