BAKI, 29 iyun — Sputnik. ABŞ Dövlət Departamenti Türkiyədə terror təhlükəsinin artması barədə xəbərdarlıq edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamenti ölkə vətəndaşlarını Türkiyənin Suriya ilə sərhəddə yerləşən cənub-şərq vilayətlərinə səyahət etməməyə çağırıb.
Dövlət Departamentinin məlumatında vurğulanır ki, terrorçular xüsusilə Qərb ölkələrinin vətəndaşlarını hədəfə alır. Departament amerikalıları insanların çox toplaşdığı ərazilərdə — tarixi yerlərdə, nəqliyyat qovşaqlarında, ticarət mərkəzlərində xüsusilə diqqətli olmağa çağırıb.
Məlumatda qeyd olunur ki, ABŞ-ın bu regionlarda təcili yardım göstərmək imkanları məhduddur.