CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dostunu öldürdü, qaçdı, Gürcüstanda tutuldu

2017-ci ilin fevralında küçə davasında dostunu öldürən və qaçıb Gürcüstanda gizlənən şəxs saxlanılıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Bakıda öz dostunu qətlə yetirən naxçıvanlı Gürcüstanda saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Səbail rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 28 fevral 2017-ci il tarixində Bakının Bayıl qəsəbəsində törədilmiş qətlin üstünü açıblar.

1985-ci ildə Naxçıvanda anadan olmuş Nağıyev Əli Rəfail oğlu bu il iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya edilib. Nağıyev qonşu ölkədə istintaqdan gizlənirmiş. Hələlik yalnız o məlumdur ki, Nağıyev dostu ilə dalaşaraq onu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerindəcə ölüb. Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün qonşu ölkədə özünə sığınacaq tapıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.