CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahzadə öz titulundan imtina edir: Səbəb...

Yaponiya İmperator ənənələrinə görə, şahzadə ailə həyatı qurandan sonra bu titulu itirəcək
Sputnik

BAKI, 28 iyun — Sputnik. Yaponiya şahzadəsi Ayako Takamado sevgisinə görə şahzadə olmaqdan imtina etdi. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Ayako sadə insanla ailə həyatı quracağını və şahzadəlikdən imtina edəcəyini elan edib.

Məlumata görə, şahzadə Norixito Takamadonun üçüncü, ən gənc qızı 32 yaşlı Kei Moria adlı şirkət əməkdaşı ilə ailə həyatı qurur.

Sevgililər bir il öncə tanış olublar. Onların nişanı avqustun 12-də, toyu isə oktyabrın 29-da olacaq. Toy mərasimi Meidze məbədində baş tutacaq.

Yaponiya İmperator ənənələrinə görə, şahzadə ailə həyatı qurandan sonra bu titulu itirəcək.