O bildirib ki, İranın hazırki problemlərdən çıxış yolu bir sıra iddialarından əl çəkməsi ilə ola bilər:
“Vəziyyətin bu həddə gəlib çatması həm ABŞ-ın tətbiq etdiyi sanksiyalar, həm də onun İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasıdır. Təbii olaraq, ABŞ-ın İrana olan bu münasibəti onun dünyadakı digər müttəfiqlərinə də təsirsiz ötüşməyib. Yəni, həmin ölkələr də İranla ticarət münasibətlərinə ya yenidən baxırlar, ya da bu əlaqələri dayandırırlar. Bütün bunlar da İranın iqtisadi vəziyyətinə təsirsiz ötüşmür. Bu da öz əksini ölkədə baş verən etiraz aksiyaları ilə göstərir. Ehtimal edirəm ki, bundan sonra İranda daxili siyasi vəziyyət daha da gərginləşəcək və ola bilsin ki, bu gərginlik hökumətin istefası ilə nəticələnsin. Amma etirazların dayancağı ehtimalı çox azdır”.
Xarici valyutaya nisbətdə rialın məzənnəsinin aşağı düşməsi və qiymət artımı ilə bağlı Tehranda etiraz aksiyaları keçirilir.