İDMAN

Futbol şərhçisi: “Xorvatiya dünya çempionu olarsa, heç kim təəccüblənməz”

Futbol şərhçisi Rövşən Binnətli deyir ki, dünya çempionatında əsas sürprizlər növbəti mərhələdə yaşana bilər
Sputnik

Rövşən Binnətli: “Dünya çempionatı gözlənilən axar ilə gedir”
“Hazırda davam edən futbol üzrə dünya çempionatında sürpriz nəticələr yoxdur”. Bunu Rusiyada keçirilən futbol üzrə dünya çempionatı Sputnik Azərbaycan-a şərh edərkən futbol şərhçisi Rövşən Binnətli deyib.

“Əgər Argentina 1/8 mərhələsinə çıxa bilməsəydi bunu sürpriz adlandırmaq olardı. Həmçinin Almaniya da azarkeşlərini bu mərhələdə çox həyəcanlandırdı. Ancaq ümumən çempionat gözlənilən axar ilə gedir. Hazırda Xorvatiya millisinin gücü qabarıq şəkildə önə çıxır. Hətta Xorvatiya dünya çempionu olarsa, təəccüblə qarşılanmayacağı ilə bağlı fikirlər səslənir. Düşünürəm ki, əsas sürprizlər növbəti mərhələdə yaşana bilər” — deyə o bildirib.

Rusiyada keçirlilən futbol üzrə dünya çempionatında 1/8 mərhələsinə çıxan komandalar müəyyənləşir.