Məmməd Məmmədovun həyətinə girdikdə insanda ilk olaraq hansısa istirahət mərkəzinə gəldiyi təəssüratı yaranır.
M.Məmmədov həyətində kiçik bir muzey də yaradıb. O, bu muzeydə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, əntiq qablar və məişət əşyalarını toplayıb. Topladığı əşyalar arasında Cəlilabad rayonundan əldə etdiyi, Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var.
Həmçinin gəzdiyi ölkələrdən əldə etdiyi pul əsginaslarının kolleksiyasını da toplayır.