RUSİYA

DÇ-2018: Növbəti 4 vəsiqə kimin olacaq?

E qrupunda Serbiya - Braziliya, İsveç - Kosta-Rika, F qrupunda Meksika - İsveç, Cənubi Koreya - Almaniya oyunları keçiriləcək
Sputnik

BAKI, 27 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha 2 qrupda III turun oyunları keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, E qrupunda Serbiya — Braziliya, İsveç — Kosta-Rika, F qrupunda Meksika — İsveç, Cənubi Koreya — Almaniya oyunları keçiriləcək.

E qrupunda 2 turdan sonra Braziliya və İsveç hərəyə 4, Serbiya 3 xal qazanıblar. Kosta-Rika hər iki oyunu uduzub və xalı yoxdur. Bu qrupda ancaq Kosta-Rika komandasının taleyi bəllidir. Cənubi Amerika klubu ııı turun nəticəsindən asılı olmayaraq, mundialı tərk edəcək. Digər üç komandanın 1/8 final şansı qalır.

F qrupunda 2 turdan sonra Meksika 6, Almaniya və İsveç hərəyə 3 xal toplaya biliblər. Cənubi Koreyanın xalı yoxdur. Buna baxmayaraq, bütün komandalar 1/8 final şansını saxlayırlar.

F qrupunda Meksika — İsveç matçı saat 18:00-da Yekaterinburqda, Cənubi Koreya — Almaniya oyunu eyni vaxtda Kazanda keçiriləcək.

E qrupunda Serbiya — Braziliya oyunu Moskvada, İsveçrə — Kosta-Rika matçı Nijniy Novqorodda keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.