BAKI, 27 iyun — Sputnik. UEFA "Milan" klubu tərəfindən maliyyə "fair-play" qaydalarını pozulması ilə bağlı qərar qəbul edib. Sputnik Azərbaycan "Sports.ru"ya istinadən xəbər verir ki, klub bir il müddətinə avrokuboklardan kənarlaşdırlıb.
Bundan əlavə klub 30 milyon avro məbləğində cərimələnib.
Qeyd edək ki, İtaliya təmsilçisi Avropa Liqasında çıxış etməli idi.