Yeni xəbərdarlıq: Bakı hər tərəfdən blokadaya alınır

Avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq
Sputnik

BAKI, 27 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Alternativ yoldan istifadə

Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rənglənmə işləri bu gün axşam saatlarınadək davam etdiriləcək. Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.