BAKI, 25 iyun — Sputnik. Bu gün “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Q. İsmayılov məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.
O, xəstəxanaya aparılarkən yolda keçinib.