İDMAN

Bu komanda dünya çempionu olarsa, teleaparıcı soyunacaq

İzləyicilər “İngiltərə komandası irəli” haştaqları ilə teleaparıcıya dəstək veriblər
Sputnik

BAKI, 22 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bir çox ölkələrdə komandaların azarkeşləri bu mundialı maraqla izləyirlər. Hətta bəzi azarkeşlər komandası qələbə qazanarsa maraqlı addımlar atacaqlarını da söz veriblər.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, İngiltərə milli yığmasına azarkeşlik edən ingiltərəli teleaparıcı Reyçl Rayli “Twitter”də status yazaraq deyib ki, milli yığma qalib gələrsə televiziya proqramlarından birinə çılpaq çıxacaq.

Qeyd edək ki, bu paylaşımdan sonra teleaparıcını sosial şəbəkələrdə izləyənlər çoxalıb və onlar “İngiltərə komandası irəli” həştəqləri ilə teleaparıcıya dəstək veriblər.