RUSİYA

Dünya çempionatında bu gün keçiriləcək oyunların siyahısı

Günün ilk qarşılaşması Braziliya və Kosta-Rika yığmaları arasında olacaq
Sputnik

BAKI, 22 iyun — Sputnik. Bu gün futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə 16.00-da meydançaya E qrupunda yarışan Braziliya və Kosta-Rika yığmaları çıxacaqlar. Oyun Sankt-Peterburq şəhərində keçiriləcək. Birinci turdan sonra braziliyalıların 1 xalı var, Kosta-Rika isə xal toplamayıb.

Saat 19.00-da D qrupunun təmsilçiləri olan Nigeriya və İslandiya Volqoqradda üz-üzə gələcəklər. Birinci turdan sonra nigeriyalıların 0, islandların isə 1 xalı var. Qrupun lideri isə iki oyundan sonra 6 xal toplayaraq növbəti mərhələyə çıxışı özünə təmin etmiş Xorvatiyadır. Argentinanın iki oyundan 1 xalı var.

Nəhayət, 22.00-da E qrupunda yarışan Serbiya və İsveçrə qarşılaşacaqlar. Kalininqradda keçiriləcək oyundan əvvəl Serbiyanın 3, İsveçrənin isə 1 xalı var.