CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə təklif: Dövlət qulluqçularının maaşları artırılsın

Millət vəkili büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edib
Sputnik

BAKI, 22 iyun — Sputnik. "Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Bu, haradasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu, nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır".

Vahid Əhmədov etiraz etdi: "SOCAR-a bu qədər vəsait ayrılmamalıdır"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Millət vəkili dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını da təklif edib: "Bu il bir dəfə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı aşağıdır".