RUSİYA

Həmyerlimiz saxtakarlıq üstündə ələ keçdi

Dünya çempionatına saxta bilet satan azərbaycanlı tutulub
Sputnik

BAKI, 22 iyun — Sputnik. Rusiyanın "Anji" klubunun keçmiş icraçı direktoru Eldar İsayev həbs olunub.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş klub rəsmisi fırıldaqçılıqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Eldar İsayev Rusiyada keçirilən dünya çempionatında çinli turistlərə ümumilikdə 1 milyon dollar dəyərində saxta bilet satmaqda ittiham olunur. Çinlilər o pulu ödəsələr də, bilet əldə edə bilməyiblər.

İsayev iyul ayının 19-a qədər dindiriləcək. Onun günahı sübuta yetirilsə, 10 ilədək azadlıqdan məhrum ediləcək.