RUSİYA

Moskvada qan davası zəminində həmyerlisini öldürən azərbaycanlı saxlanıldı

Moskva polisi 2017-ci ilin sentyabrında azərbaycanlını öldürən şübhəli şəxslərdən birini saxlayıb
Sputnik

BAKI, 21 iyun — Sputnik. Ötən il qan davası zəminində həmyerlisini öldürən Azərbaycan əsilli qatil Moskva polisi tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi məlumat yayıb. 18 sentyabr 2017-ci ildə 50 yaşlı azərbaycanlı Makarov tapançası ilə başının arxasından vurularaq öldürülüb. Bu məsələ ilə bağlı qəsdən adam öldürmə və silahların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

Məlumata görə, bu ilin iyununda Rusiya paytaxtının polisi Xüsusi Təyinatlı Çevik Alayın (SOBR) əməkdaşlarının dəstəyi ilə əvvəllər məhkum edilməmiş 31 yaşlı azərbaycanlını saxlayıblar. O, ötən il baş verən cinayəti törətməkdə şübhəli bilinir. 

Salyan sakini dəhşətli qətl törətdi

Məlum olub ki, saxlanılan şəxs qətli qardaşı ilə birlikdə qan davası zəminində törədib. O da müəyyən edilib ki, 2017-ci ilin sentyabrında qətlə yetirilmiş azərbaycanlı 2000-ci ildə şübhəlinin atasını öldürüb.

Əvvəllər Rusiya istintaq Komitəsinin paytaxt şöbəsi belə bir məlumat yaymışdı ki, 2017-ci ilin 18 sentyabr gecəsi Xarkov keçidində yerləşən yaşayış binaları yaxınlığında güllə yarası nəticəsində ölmüş 50 yaşlı kişinin meyiti tapılıb. Öldürülən şəxsin Azərbaycanda anadan olduğu məlumdur.

"İyunun 13-də polis SOBR əməkdaşlarının dəstəyi ilə Lipetsk küçəsində 31 yaşlı əvvəllər məhkumluğu olmamış şəxs saxlanılıb. Kişi 2017-ci ilin sentyabrında qardaşı ilə birlikdə qan davası zəminində adam öldürməkdə təqsirli bilinir. O, 18 sentyabrda gecə saatlarında Xarkov keçidində 50 yaşlı kişini Makarov markalı tapança ilə kəlləsinin arxasından vurmaqla öldürüb. Sonradan məlum olub ki, zərərçəkmiş 2000-ci ildə şübhəlinin atasını qətlə yetirib" — deyə mənbə bildirib.

Saxlanılan şəxslə bağlı "Adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. O, nəzarət altında saxlanılır. Hazırda cinayətin digər iştirakçısının yeri müəyyən edilməkdədir.