CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanlı hadisəyə məşhur marketlər şəbəkəsindən münasibət

Bildirilib ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil
Sputnik

BAKI, 21 iyun — Sputnik. İyunun 20-də Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən Araz Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Bu barədə marketlər şəbəkəsinin mətbuat xidməti Elvin Babayev məlumat verib. O, bildirib ki, iş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişmiş, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. 

Maştağada cinayət törədən şəxs saxlanıldı: Qətlin ilginc səbəbi

Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır.

Araz Supermarketlər Şəbəkəsi baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik.