RUSİYA

DÇ-2018: Bu gün hansı oyunlar keçiriləcək

Günün ən maraqlı qarşılaşması Bakı vaxtı ilə 22:00-da baş tutacaq
Sputnik

BAKI, 21 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir neçə oyun keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, C və D qruplarında mübarizə aparacaq millilər ikinci turda mübarizəyə qatılacaq.

Günün ilk oyununda Bakı vaxtı ilə saat 16:00-da Danimarka və Avstraliya milliləri qarşılaşacaq. Samarada “Kosmos Arena”da baş tutacaq oyunda dünya çempionatında mübarizəni davam etdirmək üçün Avstraliya millisi mütləq qalib gəlməlidir.

Günün ikinci qarşılaşması isə Yekaterinburqda baş tutacaq. Burada Fransa və Peru milliləri üz-üzə gələcək. İlk oyunda Avstraliya önündə əzmkar qələbə qazanan fransızlar bunun təsadüf olmadığını sübut etməyə çalışacaq.

Günün ən maraqlı qarşılaşması isə Bakı vaxtı ilə 22:00-da baş tutacaq. D qrupunda Argentina və Xorvatiya milliləri qarşılaşacaq. İlk oyundan sürpriz şəkildə İslandiya millisi ilə heç-heçə edən Cənubi Amerika təmsilçinə qrupun lideri ilə qarşılaşmada yalnız qələbə sərf edir. Əks halda Messi və onu komandasının qrupdan çıxmaq şansları lap azalacaq. Oyun Nijni Novqorod şəhərinin mərkəzi stadionunda baş tutacaq.