RUSİYA

DÇ-2018: İspaniya millisinin çətin qələbəsi

Mərakeş millisi növbəti tura çıxmaq şansını itirib. İran, İspaniya və Portuqaliya millilərinin hər üçünün şansı qalır.
Sputnik

BAKI, 21 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda ikinci tura yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, ikinci tur İspaniya və İran arasında gözəl oyunla başa çatıb.

Turnirin favoritlərindən sayılan İspaniya millisi çempionatda ilk qələbəsini qazanıb. Amma İran millisi üzərində qələbə asan başa gəlməyib. Yeganə qolu oyunun 54-cü dəqiqəsində Dieqo Kosta vurub. Kosta çempionatda vurduğu qolların sayını üçə çatdırıb.

Bununla da, İspaniya millisi 2 turdan sonra 4 xal toplayıb və eyni xal toplayan Portuqaliya millisi ilə cədvələ başçılıq edir. İran millisinin 3 xalı var. Mərakeş millisi isə xal toplaya bilməyib.

Bu qrupda hər şey sonuncu turda həll olunacaq. Mərakeş millisi növbəti tura çıxmaq şansını itirib. İran, İspaniya və Portuqaliya millilərinin hər üçünün şansı qalır.