RUSİYA

DÇ-2018: "Doğan Günəş" ölkəsi futbol dərsi verdi

Kolumbiya millisi oyunun sonuna qədər bir neçə təhlükəli vəziyyət yaratsa da, qol vura bilməyib və 1:2 hesabı ilə məğlub olub
Sputnik

BAKI, 19 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatının H qrupunda ilk oyun baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Kolumbiya millisi Yaponiya yığması ilə üz-üzə gəlib.

Oyun elə ilk dəqiqələrdən dramatik xarakter alıb. Artıq 3-cü dəqiqədə Kolumbiya millisinin oyunçusu Karlos Sançes əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, hazırkı çempionatda göstərilən ilk qırmızı vərəqə olub. Yaponiya milisinin oyunçusu Şindzi Kaqava isə 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.

Birinci hissənin sonuna yaxın Kolumbiya millisinin oyunçusu Xuan Kintero cərimə zərbəsindən hesabı bərabərləşdirib. Amma Yaponiya komandası 73-cü dəqiqədə növbəti dəfə irəli keçib. Keysuke Xondanın baş zərbəsi dəqiq olub.

Kolumbiya millisi oyunun sonuna qədər bir neçə təhlükəli vəziyyət yaratsa da, qol vura bilməyib və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu qrupda digər oyun Polşa və Seneqal yığmaları arasında olacaq.