RUSİYA

Argentinalı futbol ulduzu azarkeşlərdən üzr istədi

"Bu gün argentinalılar üçün çətin gün idi. Bizim çempionatdakı debüt matçımız çox gərgin keçdi"
Sputnik

BAKI, 17 iyun — Sputnik. Argentina yığmasının sabiq oyunçusu, əfsanəvi futbolçu Dieqo Maradona Argentina-İslandiya matçında “Spartak” stadionunda siqar çəkdiyi üçün üzr istəyib. 

Argentina yığmasının sabiq oyunçusu, əfsanəvi futbolçu Dieqo Maradona Argentina-İslandiya matçında “Spartak” stadionunda siqar çəkdiyi üçün üzr istəyib. 

O, özünün Instagram səhifəsində siqaret çəkməyin qadağan olduğu barədə heç nə bilmədiyini yazıb. 

DÇ-2018: Messinin uğursuz başlanğıcı

"Bu gün argentinalılar üçün çətin gün idi. Bizim çempionatdakı debüt matçımız çox gərgin keçdi. Hər kəs öz hisslərini bir cür ifadə edir. Düzü mən bilmirdim ki, stadionda siqaret çəkmək olmaz” – deyə futbolçu yazıb. O, buna görə azarkeşlərdən və turnirin təşkilatçılarından üzr istəyib. 

Argentina- İslandiya matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunun 19-cu dəqiqəsində hesabı argentinalılar açıb. Ondan 4 dəqiqə sonra islandiyalılar hesabı bərabərləşdiriblər və bundan sonra sırf müdafiə mövqeyi tutublar. İkinci hissədə argentinalıların hesabda irəli çıxmaq şansı yaranıb. İslandiyanın qapısına penalti təyin edilib. İslandiyalıların qapıçısı Hannes Halldorson Lionel Messinin zərbəsini dəf edib. 

Futbol üzrə 21-ci dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilir. Final matçı iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.