BAKI, 17 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında E qrupunda görüşlər start götürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Kosta-Rika və Serbiya yığmaları meydançaya çıxıblar.
Samarada keçirilən oyunun birinci hissəsində qarşılıqlı hücumlara baxmayaraq hesab açılmayıb. İkinci hissənin əvvəlində serblər təzyiqi artırıblar. Belə hücumların birində Kosta-Rikanın qapısına tərəf cərimə zərbəsi təyin olunub. Serblərin hücumçusu Aleksandr Kolarov cərimə zərbəsini gözəl bir şəkildə yerinə yetirərək komandasını irəli çıxarıb — 1:0.
Bu qoldan sonra Kosta-Rika irəli atılaraq qolun əvəzini çıxmağa çalışıb. Lakin hesab dəyişməyib və serblər qrupda ilk qələbələrini qazanıblar — 1:0.